Call (012)493-22-84; (051)816-60-40

(012)493-22-84; (051)816-60-40

WHAT’S MY PATH?

Dekabrın 16-da Park Inn otelində İnsan Resursları sahəsində tanınmış mütəxəssis, təlimçi, məsləhətçi və kouç Çimnaz Qasımovanın iştirakı ilə seminar keçiriləcək.

Seminarın mövzusu: Mənim yolum nədir? İR-da karyeranı necə inkişaf etdirməli?

İR mütəxəssisləri, digər işçilər kimi, adətən, bir sıra məqamları bilmək istəyirlər, məsələn:

  • Növbəti səviyyəyə çatmaq üçün mənə lazım olan vacib bilik və bacarıqlar hansılardır?
  • Növbəti addımım nə olmalıdır?
  • Hazırki komandamda irəliləməyə davam etməliyəm yoxsa tamamilə yeni bir pozisiyaya və ya funksiyaya keçməliyəm?
  • Növbəti fürsətimi axtarmaq üçün daha da fəal olmalıyam mı? Əgər belədirsə, təşkilat daxilində bunu etmək üçün ən yaxşı üsul hansıdır?
  • Hansı məqamda təşkilatdan xaric fürsətləri axtarıb dəyərləndirməliyəm?

Seminarda iştirakçılar İnsan Resursları sahəsində karyera yolu haqqında öyrənəcək, həmçinin, böyük təcrübəyə sahib olan İR peşəkarlarından məsləhət almaq fürsəti əldə edəcəklər.

Tədbirdə həmçinin HR üzrə məsləhətçi, UNEC və ‘University of London’-nun baş müəllimi Dr. Graham Smith öz təqdimatı ilə çıxış edəcək. Mövzu: “Artificial Intelligence in HR”.

Seminarın təşkilatçısı ‘STIM International’ treninq şirkətidir.

Seminarın keçiriləcəyi tarix: 16 dekabr 2017

Saat: 14:00-dan 17:00-dək

Keçiriləcək yer: Park Inn Hotel.

Əlavə məlumat üçün:       http://www.stim.az/events/whats-my-path/ 

Qeydiyyat üçün nömrələr:

(012)493-22-84

(050)225-19-10

Email: info@stim.az

Seminarda iştirak edənlərə müvafiq Sertifikatlar təqdim olunacaq.

İştirakçıların qeydiyyatdan keçməsi vacibdir. Qeydiyyat haqqı 25 manatdır.

Qeydiyyatın son tarixi: 14.12.2017