Call (012)493-22-84; (051)816-60-40

(012)493-22-84; (051)816-60-40

TƏLİM VƏ İNKİŞAF

Qiymət: 65 AZN

          Hər bir uğurlu şirkət əməkdaşlarının öz vəzifə öhdəliklərini düzgün yerinə yetirməsində əmin olmaq istəyir. Namizədlərin seçilməsi və işə götürülməsi prosesi doğru və düzgün insanların işə alınması ilə başlayır. Amma, hətta işə tam yarayan şəxs şirkətdə hansı işi görməli olduğunu öyrənmək üçün, müvafiq təlimlər keçməlidir. Təlimlərin olmaması şirkətdə səmərəliliyin aşağı enməsinə, müştərilərin itirilməsinə, işçilər və rəhbərlik arasında əlaqənin zəifləməsinə gətirib çıxara bilər.

          Eyni zamanda, təlimlərə lazımi önəmin verilməməsi insanların işlədikləri işi ilə bağlı qeyri-məmnunluq hissi, işlərini dəyişmək istəyi, eləcədə yüksək işçi axını ilə nəticələnə bilər. Bütün bunlar isə, son nəticədə, şirkətin maddi itkilərinə gətirib çıxarır.

Təlimdə müzakirə olunacaq mövzular:

  • Təlim və İnkişaf İnsan Resurslarının funksiyalarından biri kimi.

  • Təlimlərdə nələri öyrənmək olar?

  • Korporativ təlimlərin 4 kateqoriyası

  • Yönləndirmə Proqramı (Orientation Program)

  • Təlim prosesinin 4 mərhələsi

  • Təlimlərin əsas növləri

  • “İş yerində” və “işdən kənar” təlim (On-the-job and off-the-job Training)

  • Təlim ehtiyaclarının qiymətləndirilməsi

  • Təlim proqramının hazırlanması

  • Müxtəlif təlim metodları

  • Öyrənmə məqsədlərinin müəyyən edilməsi

  • Vaxt məhdudiyyətləri

  • Kommunikasiya

  • Təlimin effektivliyinin ölçülməsi

  • Karyera inkişafı və “Performance Appraisal”

  • Təlim büdcəsinin idarə edilməsi

  • Müasir medianın insanların öyrənmə üslublarına təsiri.

Kimlər üçün nəzərdə tutulub?

Təlim “Training & Development” və HR sahəsində çalışan işçilər, eləcədə  bu sahədə karyera qurmaq arzusunda olan şəxslər üçün nəzərdə tutulub.

Tarix: 01 İyul 2018

Təlimin müddəti: 09:30 – 13:30

Keçiriləcək yer: Park Inn Hotel, Nizami room.

Hansı dildə keçiriləcək: Azərbaycan və İngilis dilində

Təlimin qiyməti: 65 AZN (qiymətə daxildir: təlim materialları, coffee break, Sertifikat)

Təlim materialları ‘University of Minnesota’ və ‘HFU Business School in Furtwangen’ HRM təlim proqramlarının əsasında hazırlanmışdır.

Qeydiyyat üçün:    

Əlaqə: (012)493-22-84; (051)816-60-40

Email: info@stim.az

Sertifikatlaşma: Hər bir iştirakçıya müvafiq sertifikat təqdim olunacaq.

TƏLİMÇİ:

Samir Cavadov – təlim və inkişaf sahəsində 14 illik təcrübəyə malik olan mütəxəssis. Təlimçi kimi karyerasını 2004-cü ildə “BP Azərbaycan” şirkətinin təhlükəsizlik departamentində “Training Supervisor” kimi başlamışdır. Hal hazırda ‘TitanD’ şirkətində Təlim və İnkişaf üzrə menecer vəzifəsində çalışır.

2015-ci ildən ICTA (International Coach and Trainer Association) Beynəlxalq Təlimçilər Assosiasiyasının Müxbir Üzvüdür.