Call (012)493-22-84; (051)816-60-40

SATINALMALARA DAİR MÜQAVİLƏLƏR

Price: 119.00 AZN

SATINALMALARA DAİR MÜQAVİLƏLƏR: ƏSAS ANLAYIŞLAR VƏ MÜDDƏALAR, TƏCHİZATDA RİSKLƏRİN İDARƏ EDİLMƏSI 

22-23 İyul, 2017

Təlim proqramı iki hissədən ibarətdir. Təlimin birinici hissəsi işgüzar yazışmalara dair tövsiyyələr nəzərdə tutur, müqavilə hüququnun əsas anlayışlarını, müqavilələrin formalaşmasını və müqavilələrə əlavə və dəyişikliklərin edilməsini əhatə edir. Təlimin ikinci hissəsi malların və xidmətlərin satınalmalarına dair müqavilələrin əsas müddəalarını, eləcədə təchizat prosesində risklərin idarə olunmasını əhatə edir. Təlim proqramı ümumilikdə 6 təlim saatı təşkil etməklə, iki gün ərzində gündəlik 3 təlim saatı olmaqla keçiriləcək.Təlim proqramı kimlər üçün maraqlıdır? Biznesin inkişafı və kommersiya sahələrində çalışanlar, hüquq, təchizat, maliyyə, insan resursları, daxili audit departamentlərinin əməkdaşları.

 

1-ci gün.  İŞGUZAR YAZIŞMALAR, MÜQAVİLƏNIN FORMALAŞMASI

  • “Sənəd” nədir? Yazışma sizi hansı risklərə məruz qoya bilər

  • Yazma qaydasının “yeddi əsas tələb”-i

  • İşgüzar email yazılmasına dair tələblər

  • Yazışmalarda məxfilik, məxfi məlumatlarla rəftar

  • Şifahi ünsiyyət, hərəkət və hərəkətsizlik

  • Müqavilə nədir? Əsas anlayışlar

  • Müqavilənin formalaşması, “təklif” və “qəbul”

  • Müqavilə öncəsi nəyi nəzərə almaq lazımdır

  • Müqavilənin imzalanması və qüvvəyə minməsi

  • Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi

  • Müqavilə üzrə hüquq və öhdəliklərin köçürülməsi

 

2-ci gün.  SATINALMALARA DAİR MÜQAVİLƏLƏRİN ƏSAS MÜDDƏALARI

  • Satınalmalara dair müqavilələrin struktur quruluşuna dair tövsiyyələr

  • Müqavilə hüququ: yerli və beynəlxalq praktika

  • Satınalmalara dair müqavilənin predmeti, “iş” anlayışı

  • Malların çatdırılmasına dair müddəalar

  • Zəmanət üzrə öhdəliklər, “qüsurların” aradan qaldırılması

  • Tərəflərin məsuliyyəti, qarşılıqlı azadolma

  • Sığorta sizə nə verir?

  • Müqaviləyə xitam verilməsi

  • Satınalma və əqli mülkiyyət

  • Təchizatda korrupsiya risklərinin effektiv idarə edilməsi

  • “Due Diligence”: podratçı tərəfin yoxlanılması

Təlimin keçiriləcəyi yer: AF Business House, Nizami küç. 203B.

22 iyul: saat 10:00-dan 13:00 kimi

23 iyul: saat 10:00-dan 13:00 kimi

Təlim iştirakçılarına təlimin sonunda Sertifikatlar təqdim olunacaq.

Təlimin qiyməti: 119.00 AZN. 

Qiymətə daxildir: təlim materialları, coffee-breaks, Sertifikat. 

Bir şirkət və ya təşkilatdan təlimə qatılan 2 və daha çox iştirakçının hər birisinə 20% endirim.

Tələbələrə (tələbə biləti təqdim edildikdə) 20% endirim.