Call (012)493-22-84; (051)816-60-40

(012)493-22-84; (051)816-60-40

Performansın İdarə edilməsi, Təlim və İnkişaf

Price: 160 AZN

Performans İdarəetməsinin əsas məqsədi müəyyən bir təşkilatın işçilərinin səmərəliliyinin artırılmasını təmin etməkdir. Proqram vasitəsilə, effektivliyin idarəedilməsinin rolu nəzərdən keçirilir, işçilərin inkişafı sistematik və ardıcıl şəkildə təmin olunur, eyni zamanda İR mütəxəssisləri üçün effektivliyin idarəedilməsinin vasitələri öyrənilir.

Hər bir uğurlu şirkət əməkdaşlarının öz vəzifə öhdəliklərini düzgün yerinə yetirməsində əmin olmaq istəyir. Namizədlərin seçilməsi və işə götürülməsi prosesi doğru və düzgün insanların işə alınması ilə başlayır. Amma, hətta işə tam yarayan şəxs şirkətdə hansı işi görməli olduğunu öyrənmək üçün, müvafiq təlimlər keçməlidir. Təlimlərin olmaması şirkətdə səmərəliliyin aşağı enməsinə, müştərilərin itirilməsinə, işçilər və rəhbərlik arasında əlaqənin zəifləməsinə gətirib çıxara bilər. Eyni zamanda, təlimlərə lazımi önəmin verilməməsi insanların işlədikləri işi ilə bağlı qeyri-məmnunluq hissi, işlərini dəyişmək istəyi, eləcədə yüksək işçi axını ilə nəticələnə bilər.

Kursun məzmunu:

Performans İdarəetməsinə giriş

  • Performans İdarəetməsi nədir?
  • İşçilərin fəaliyyət müddəti;
  • Performansın formal və qeyri-formal dəyərləndirilməsi;
  • Performansın əsas göstəriciləri.

Performansın İdarəedilməsində rolunuz

  • Performans İdarəetməsinə inam;
  • Performansı İdarə etmək bacarığı;
  • Performansın İdarə edilməsində lazım olan üstünlüklər.

Performansın planlaşdırılması

  • Performansın məqsədlərini müəyyənləşdirmək;
  • Performansın hədəflərinin təyin edilməsi;
  • Performans gözləntilərinin əlaqələndirilməsi.

Performansın monitorinqi

  • Müşahidə;
  • İzləmə;
  • Nəzarət siyahısı;
  • Hesabat;
  • İşə baxış.

Performansa nəzarət

  • Performansın nəzərdən keçirilməsi ilə bağlı görüşlərin təşkil olunması;
  • Performansın Qiymətləndirilməsi;
  • Effektiv Performans əlaqələndirilməsi;
  • Performansın mükafatlandırılması.

Təlim və İnkişafa giriş

  • Təlim və İnkişaf İnsan Resurslarının funksiyalarından biri kimi;
  • Təlimlərdə nələri öyrənmək olar?;
  • Korporativ təlimlərin 4 kateqoriyası;
  • Yönləndirmə proqramı (Orientation Program);

Təlim prosesi

  • Təlim prosesinin 4 mərhələsi;
  • Təlimlərin əsas növləri;
  • “İş yerində” və “İşdən kənar” təlim (On-job and Off-job Training);
  • Təlim ehtiyaclarının qiymətləndirilməsi;

Təlim proqramının hazırlanması

  • Təlim proqramının hazırlanması;
  • Müxtəlif təlim metodları;
  • Öyrənmə məqsədlərinin müəyyən edilməsi;
  • Vaxt məhdudiyyətləri;
  • Kommunikasiya;

Formal və qeyri-formal təlim

  • Təlimin effektivliyinin ölçülməsi;
  • Karyera inkişafı və “Performance Appraisal”
  • Təlim büdcəsinin idarə edilməsi;
  • Müasir medianın insanların öyrənmə üslublarına təsiri

Təlim kimlər üçün nəzərdə tutulub?

“Performansın İdarə Edilməsi, Təlim və İnkişaf” kursu, performansın idarə olunması üçün lazım olan məqsəd və səlahiyyətlərlə əlaqədar bu sistem haqqında dərin biliklərə malik olmaq istəyən, eyni zamanda, təlim və inkişaf sahəsində çalışan işçilər və ya bu sahədə karyera qurmaq arzusunda olan hər kəs üçün nəzərdə tutulmuşdur.

Tarix: 11 avqust 2018

Təlimin müddəti: 10:00 – 16:00

Keçiriləcək yer: Park Inn Hotel, Nizami room.

Hansı dildə keçiriləcək: Azərbaycan dilində

Təlimin qiyməti: 160 AZN (qiymətə daxildir: təlim materialları, nahar, coffee break, Sertifikat)

Qeydiyyat üçün əlaqə: (051)816-60-40; (051)591-75-60

Email: info@stim.az

Qeydiyyat üçün: https://goo.gl/forms/PAFIS9jTSYegUzVH3

Sertifikatlaşma: Kursun sonunda hər bir iştirakçıya müvafiq sertifikat təqdim olunacaq.

Təlimin cədvəli:

10:00 – Qarşılama və tanışlıq

10:15 – Performansın İdarə edilməsi (1-ci hissə)

11:30 – Kofe fasiləsi

11:45 – Performansın İdarə edilməsi (2-ci hissə)

13:00 – Nahar

13:30 – Təlim və İnkişaf (1-ci hissə)

14:45 – Kofe fasiləsi

15:00 – Təlim və İnkişaf (2-ci hissə)

16:00 – Seminarın bitməsi, qrup foto çəkiliş və sertifikatların təqdim olunması

TƏLİMÇİLƏR:

       Çimnaz Qasımova – İnsan Resursları sahəsində 18 illik təcrübəyə malik olan mütəxəssis.

Bir çox beynəlxalq şirkətlərdə, o cümlədən, Qazaxıstanda, Sinqapurda və Birləşmiş Ərəb Əmirliklərində HR sahəsində çalışıb.

14 il Neft və Qaz sənayesi sahəsində (Schlumberger), 2 ildən artıq isə  Bank sahəsində (PASHA Bank), İnsan Resurslarının İdarə edilməsinin bütün aspektlərinə cavabdehlik daşayaraq, onlara rəhbərlik edib, İR strategiyasını, eləcədə şirkətin biznes planlarını və məqsədlərini müəyyən edərək, onlara nail olmasına çalışıb.

 

 

 

       Samir Cavadov – təlim və inkişaf sahəsində 14 illik təcrübəyə malik olan mütəxəssis. Təlimçi kimi karyerasını 2004-cü ildə “BP Azərbaycan” şirkətinin təhlükəsizlik departamentində “Training Supervisor” kimi başlamışdır. Hal hazırda ‘TitanD’ şirkətində Təlim və İnkişaf üzrə menecer vəzifəsində çalışır.

2015-ci ildən ICTA (International Coach and Trainer Association) Beynəlxalq Təlimçilər Assosiasiyasının Müxbir Üzvüdür.