Call (012)493-22-84; (051)816-60-40

(012)493-22-84; (051)816-60-40

Korporativ Davranış Kodeksi

Price: 30 AZN

Korporativ Davranış Kodeksi

(Corporate Code of Conduct)

Mükəmməl hazırlanmış Korporativ Davranış Kodeksi şirkətin missiyasını, dəyərlərini və prinsiplərini izah edərək, onları peşə standartlarına uyğunlaşdırır. Davranış Kodeksi eyni zamanda şirkətin işgüzar mədəniyyətinin yaradılması üçün də vacib addımlardan biridir.

Korporativ Davranış Kodeksi şirkətin biznes fəaliyyətinin və əlverişli iş mühitinin qorunmasına qulluq edir, işçilərin davranışı ilə bağlı şirkətin gözləntilərini açıqlayır. Kollektivin sayca böyük və ya kiçik olmasından asılı olmayaraq, bu gözləntiləri hər bir işçiyə çatdırmaq zəruridir.

Kodeksi yaradarkən, işçilərdən onu sadəcə oxuyub imza atmağı tələb etmək kifayət etmir. Əmin olmaq lazımdır ki, işçi sənədin hər bir bəndinin tələblərini düzgün anlayır, onlarla razıdır, onları qəbul edir və tələb olunan etik davranış qaydalarına işində riayət etməyi özünə borc bilir.

Təlimə daxil olunan mövzular:

  • Davranış Kodeksi – sizi düzgün qərar verməyə yönləndirən bələdçiniz
  • Əsas prinsiplər
  • Korporativ Siyasət, Missiya və Dəyərlər
  • Sağlamlıq və Əməyin Təhlükəsizliyi
  • Kommunikasiya
  • Məlumat Təhlükəsizliyi
  • Maraqların Toqquşması
  • Hədiyyələrin qəbulu
  • Rüşvət
  • Alkoqoldan, siqaretdən və narkotik maddələrdən sui-istifadə
  • Cinsi Zorakılıq
  • Telefonlardan və Sosial Mediadan istifadə

Kimlər üçün nəzərdə tutulub?

Bu təlim proqramı hər bir səviyyədə olan müxtəlif vəzifəli korporativ işçilər üçün nəzərdə tutulub.

Tarix: 18.09.2018

Müddət: 10:00 – 13:00

Keçirildiyi yer: Babək Plaza, 5-ci mərtəbə.

Keçirildiyi dil: Azərbaycan, İngilis, Rus dillərində.

Təlimin qiyməti:

Bir iştirakçı üçün – 30 AZN (Sertifikat təqdim edilir).

Təşkilatlar üçün – 240 AZN (iştirakçıların sayı məhdudiyyətsizdir).

Əlavə məlumat üçün: (012)488-07-88; (050)225-19-10

Email: info@stim.az

Qeydiyyat üçün: https://goo.gl/forms/2eAZJUK3KBm3O1qp2

Sertifikatlaşdırma: hər bir dinləyici müvafiq sertifikatla təltif edilir.

Təlimçi barədə:

          Samir Cavadov – təlim və inkişaf sahəsində 14 illik təcrübəyə malik olan mütəxəssis. Təlimçi kimi karyerasını 2004-cü ildə “BP Azərbaycan” şirkətinin təhlükəsizlik departamentində “Training Supervisor” kimi başlamışdır. Hal hazırda ‘TitanD’ şirkətində Təlim və İnkişaf üzrə menecer vəzifəsində çalışır.

2015-ci ildən ICTA (International Coach and Trainer Association) Beynəlxalq Təlimçilər Assosiasiyasının Müxbir Üzvüdür.