Call (012)493-22-84; (051)816-60-40

(012)493-22-84; (051)816-60-40

ISO 9001:2015 Quality Management

Price: 360.0 AZN

ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin tətbiqi müasir günümüzdə bir çox şirkətlər tərəfindən vacib bilinir. Böhran vəziyyətində bazarda rəqabətə tab gətirən və inkişaf etməyi bacaran şirkətlər məhz ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin tətbiqini həyata keçirən şirkətlərdir. Həmin sistemi yaxşı tətbiq edən şirkətlər bilirlər ki, məhz keyfiyyət şirkətdə bütün sahələrə (rəhbərlik, insan resursları, istehsal, satınalma, marketinq və hamısı) və həmin sahələrin inkişafına birbaşa təsir edir. Keyfiyyətin idarəedilməsini bilən menecerlər də şirkətlərinin inkişafında mühüm rol oynayırlar.

Təlimdə iştirak edə bilər: keyfiyyətin idarə edilməsi üzrə mütəxəssislər, keyfiyyətə nəzarət mütəxəssisləri, mühəndislər, qida təhlükəsizliyi üzrə mütəxəssislər, sətəm mütəxəssisləri, insan resursları üzrə menecerlər, istehsal mühəndisləri, satınalma menecerləri, direktorlar, sahibkarlar və hər kəs.

Təlimdən əldə edəcəkləriniz:

– Şirkətdə rahat və sərbəst keyfiyyət idarəetmə sistemini qura biləcəksiniz
– İdarəetmə sisteminin daha səmərəli təşkili
– Şirkətə mənfi təsir edəcək risklərlə mübarizə
– Az xərc və çox mənfəət gətirəcək idarəetmə sisteminin qurulması
– Şirkət daxilində yaranana biləcək problemlərin əvvəlcədən müəyyənləşdirilməsi
– Səmərəli planlaşdırma
– Proseslərin keyfiyyət sisteminə görə qurulması
– Prosedurların sistemə uyğun hazırlanması
– Resursların səmərəli şəkildə idarə olunması
– Şirkətin daim inkişafı üçün beynəlxalq tələb və metodlar
– Şirkətin daim inkişafı üçün beynəlxalq tələb və metodlar

Təlim proqramı:
1. Keyfiyyət İdarəetməsinin tarixi
2. Ümumi anlayışlar
3. Keyfiyyət İdarəetmə Sisteminin ISO 9001:2015-ə görə 7 prinsipi
4. Proseslərin idarə edilməsi
5. ISO 9001:2015 Sənədləşmə Prosesi

6. Risklərin İdarə Edilməsi
– Risklərin Müəyyənləşdirilməsi
– Risklərin Qiymətləndirilməsi
– Alternativlərin Tapılması
– Risklərə Nəzarət və İdarə Edilməsi

7. SWOT analizi
– SWOT təhlili
– SWOT matriksi
– SWOT strategiyası

8. ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin Maddələri:
4 Maddə: Təşkilatın Quruluşu
5 Maddə: Liderlik
6 Maddə: Planlaşdırma
7 Maddə: Dəstək
8 Maddə: Əməliyyat
9 Maddə: Performans Qiymətləndirmə
10 Maddə: Təkmilləşdirmə

9. Praktiki Çalışma ( şirkət üzərində ISO 9001:2015-in praktiki tədbiqi)